23 Aralık 2012 Pazar

Ümid sizsiniz...


Əliyev Ramal Rəhim oğlu 12 yanvar 2004 il.

Şəkildə gördüyünuz uşaq ADRENOLEYKODİSTROFİYA xəstəsidir. Yəni beyinin maddəsi dağılır. Biz uşaqda heç bir nasazlıq hiss etmirdik. Çünki uşaq sinifin əlaçı şagirdidir, yoldaşlarından  fərqlənmirdi.

Müəllimənin şikayəti əsasında məktəbə getdik. O, uşaqda bəzi qüsürların olduğunu bildirdi. Xəstəlik getdikcə gücləndi. Ətrafdakılar bunu hiss etməyə başladılar. Uşağı müayinə etdirdik, xəstəliyin diaqnozun öyrəndik. Lazımi yerlərə müraciət etdik, heç bir nəticə olmadı. Hal-hazırda uşaq yerindən qalxa bilmir.

Türkiyənin Ankara HACCETTEPE UNİVERSİTETİ XƏSTƏXANASINDA həkimlər xəstəliyin çarəsinin sümük iliyinin köçürülməsidir dedilər. Ondan sonra uşaq bir il (1) ərzində düzələcəkdir. Əgər ilik vaxtında köçürülməsə ..........
Bu əməliyyat üçün bizdən yüksək məbləğdə pul tələb etdilər.
Bəzi xarici dövlətlərdə olduq. 12 000 manatdan çox pul xərcləndi amma bir nəticə əldə edə bilmədik. Son zaman xəstəliyin qarşısını alacaq bir dərman olduğunu öyrəndik amma onu da tapa bilmədik.
İmkanlı şəxslərdən xahiş edirəm ki, bizə köməklik göstərsinlər. Heç olmasa banklardan pul götürməmizə yardimcı olsunlar.
Hesab nömrəsi: 9975380102
Əlaqə telefonu: 070 243 30 76
                                  055 357 60 60
                                  
Aşağıda göstərilən sənətdə uşağın sağalmasına dair məlumat verilib.



Hiç yorum yok: