10 Nisan 2012 Salı

Müasir Psixologiya və Konsultasiya Mərkəzi emblemi


1 Nisan 2012 Pazar

Müasir Psixologiya və Konsultasiya Mərkəzinin fəaliyyəti



      Müasir Psixologiya və Konsultasiya Mərkəzi 2010-cu ilin sentyabr ayında Naxçıvan Dövlət Universitetinin Magistartura üzrə dekanlığının tərkibində fəaliyyətinə başlamışdır. Həmin vaxtlar Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində fəaliyyət göstərən tarix elmlər namizədi Elbrus İsayevin təşəbbüsü ilə yaradılan bu mərkəz bugündə öz inkişafını davam etdirir. İlk olaraq magistrlər Elvin Budaqov və Şahnaz Məmmədovanın birlikdə fəaliyyəti ilə yaradılmış mərkəz, sonradan tərkibinə qatdığı üzvlərlə öz fəaliyyət sahəsini genişləndirmişdir. Hal hazırda mərkəzin rəhbəri Elvin Budaqovdur. Mərkəzin 9 üzvü vardır.Üzvlər mərkəzin tərkibinə mərkəzin rəhbəri Elvin Budaqov tərəfindən daxil edilmişdir. Üzvlərin demək olarki, əksəriyyəti qeyri-ixtisas sahibləridir. Belə ki, burada fərqli ixtisaslardan psixologiya elminə maraq göstərən magistrlər fəaliyyət göstərirlər. Mərkəz üzvləri Türkiyə Cumhuriyyətindən ixtisaslı psixologlardan təlimlər alaraq psixologiyanın sirlərini mənimsəyirlər. Belə ki, Elvin Budaqov Əsas Psixologiya və Kvantium Düşüncə, Səkinə Cümşüdova isə Əsas Psixologiya təlimlərini almış və bu təlimlərə görə St Clements Universitetinin də təsdiqi ilə verilən sertifikata layiq görülmüşdür. Mərkəzin digər üzvləri isə hal hazırda Bədən dili, Hafizə texnikaları, Stress idarəetməsi və Əsas psixologiya təlimlərini alırlar. Mərkəz üzvləri yaxınlarda Türkiyə Cumhuriyyətinə gedərək NLP practitioner ( Neuro-Linguistic programming ) təliminin sirlərini mənimsəyəcəklər.