25 Ekim 2012 Perşembe

Qurban Bayramınız Mübarək

QURBAN BAYRAMINIZ MÜBARƏK!

"oazismedyagroup" rəhbərliyi sizləri müsəlman aləminin müqəddəs bayramlarından olan Qurban Bayramında da unutmadı. Allah hərbirinizə sağlıq, sevinc, xoşbəxtliklə dolu günlər nəsib etsin. Birlik və bərabərliyin vəhdətində gözəl ömür sürəsiniz. AMİN

17 Ekim 2012 Çarşamba

Gangnam Style

Dünyada ən çox dinlənilən musiqi.

GANGNAM STYLE

Bizdə oazismedyagroup olaraq bu musiqini siz dəyərli userlerimizlə paylaşırıq...


10 Ekim 2012 Çarşamba

Sənin Fikrin

Sənin Fikrin

Sual:
Evlənmək istəyən gənclər, qız və ya oğlan, ana ata olmağı xəyalından belə keçirtmirlərsə, onların ailəsi neçə müddətlik və ya nə məqsədlə qurulmuş hesab edilə bilər?

5 Ekim 2012 Cuma

Baş sağlığı

BAŞ SAĞLIĞI

Moderatorumuz Nurlana Beybudovanın Atasının bibisinin vəfatından dolayı "oazismedyagroup" rəhbərliyi adından kədərlənir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN.

Yeni layihə

YENİ LAYİHƏ

"oazismedyagroup" üzvlərindən Toğrul Bağırovun 3D MAX 2012 proqramı vasitəsilə modellədiyi avtomobil.
Toğrul Bağırov bu proqramda yeni olmasına baxmayaraq çox maraqlı və yenilikçi modelləmələrin sahibidir. Belə ki,
  • Avtomobil modelləməsi
  • Avtomobil aksesuarlarının modelləməsi
  • İç dizayn modelləmələri və s.
modelləmələrlə məşğul olan Toğrul Bağırov eyni zamanda bu işdə yenilik yaratmağa üstünlük verir. Bu modelləmələr tez-tez "oazismedyagroup" da nümayiş etdiriləcəkdir.
Toğrul Bağırova bu yolda "oazismedyagroup" rəhbərliyi yaxından köməklik göstərəcəkdir. Uğurlar Toğrul...
  

Ordan-Burdan

Bacarıqlı moderator

Amil Abbasovun yeni dizaynlarından. Sadə və cəlbedici, elə deyil?



Müəllimlər günü

MÜƏLLİMLƏR GÜNÜ

"oazismedyagroup" medya agentliyi və rəhbərliyi bəşərin ən şərəfli və məsuliyyətli vəzifəsini daşıyan müəllimlərin bayramını təbrik edir.
Əziz müəllimələr və müəllimlər sizi 5 Oktyabr Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik. 
Sizlərə bu şərəfli peşədə arzuladığınız uğurlara çatmaq üçün Allahdan ən başda can sağlığı, sonra bu peşəni yerinə yetirmək üçün səbr, dözüm, iradə arzulayırıq.
Allah yolunuzu açıq və nurlu etsin.

2 Ekim 2012 Salı

Dəyərli hədiyyə

Dəyərli hədiyyə

Dəyərli hədiyyə - Əslində hədiyyəni dəyərli qılan onu verən şəxsin dəyərli olmasıdır.
   Dəyərli müəllimim Elbrus İsayevin "Böyük İpək Yolu və Naxçıvan" adlı kitabını ən dəyərli bir xəzinə kimi mühafizə edəcəyəm. 

Xoşbəxtliyə Nişanə

Xoşbəxtliyə Nişanə

 
    Bugün mənim üçün çox sevincli bir gün idi. Çünki, iki dəyərli insan xoşbəxtliyə nişanə NİŞAN ÜZÜKLƏRİ ilə bir-birlərinə bağlanırdılar. Onlar həqiqətən bu qısa müddətdə hər kəs tərəfindən həm özlərinə, həm də sevgilərinə çox böyük hörmət qazandırmağı bacardılar. Onlara çox yaxın bir dost, qardaş kimi səmimi diləklərimi çatdırmağı özümə və "oazismedyagroup" a borc bilirəm. 

TƏBRİK EDİRƏM ƏZİZLƏRİM!

Enişli-yoxuşlu bir yoldur həyat,
Min bir çətinlikdə yorur insanı,
İllərin dözülməz sınaqlarında,
Neçə yerdən yerə vurur insanı.
 
Sevincli günlərdir tək arzum sizə,
Əməli təmizdir saf sevginizin,
Kədərsiz bir həyat dilərəm sizə,
İman şahidiyəm hər ikinizin.
Necə bu qərarı verib o ALLAH,
Əlində hifz edər sizi inşallah. 

 

 

10-un vədası

10-UN VƏDASI

Bəzi insanların ayrılığı qəbulolunmazdır. Çünki onlar əsl liderlərdir...