25 Eylül 2012 Salı

Həyat sadədir.




Həyat bu qədər sadədir...


21 Eylül 2012 Cuma

Gənc lider

 Gənc lider

"oazismedyagroup" üzvlərindən Elnur Kəlbizadə Naxçıvan MR Yazıçılar Birliyinin Gənclər Təşkilatının rəhbəri vəzifəsinə təyin edilib.xəbəri oxu. Bu münasibətlə oazismedyagroup rəhbərliyi adından Elnur Kəlbizadəni təbrik edir, uğurlarının davamını arzulayırıq. 
Xatırladaq ki, Elnur Kəlbizadə bir çox uğurlarla daim gəncliyə nümunə bir gənc kimi göstərilmişdir. Belə ki,
İlk şerlər kitabı "Düşüncələrim". 2010-cu il.
İlin magistrantı. 2011-ci il.
İlin ən yaxşı gənc jurnalisti. 2012-ci il.






18 Eylül 2012 Salı

Ordan-Burdan

Amil Abbasovun Revit proqramı ilə dizaynlarından...



15 Eylül 2012 Cumartesi

Sənin Fikrin

Sənin Fikrin

Müasir dövrümüzdə sevgi ilə qurulan ailələr daha xoşbəxtdir ya ağılla, məntiq və ya məsləhətlə? Siz  hansını seçərdiniz? Xoşbəxtliyinizin açarı sizcə hansı yoldur?

Proyektlər.

PROYEKTLƏR

"oazismedyagroup" medya agentliyi moderatorlarından AMİL ABBASOV  dəyərli üzvlərimizə 3D görüntülərinin hazırlanması barədə müxtəlif məlumatlar verir. Amil Abbasov bu layihəsində REVİT və 3D MAX proqramlarından istifadə edir.

REVİT proqramı ilə dizayn edilmiş bir neçə nümunə...






12 Eylül 2012 Çarşamba

Sənin fikrin


SƏNİN FİKRİN 

Sənin fikrin bugün yeni bi sualla sizlərin qarşınızdadı? Bugün kişi və qadın bərabərliyi haqqında danışacağıq. Hər zamankı kimi fikirləriniz bizim üçün çox qiymətlidir.



      Cəmiyyətimizdə niyə hələdə kişi ilə qadın hüququ bərabərləşə bilməyib? Niyə hər iki halda ya qadın hüququ tapdanır ya da kişi?


11 Eylül 2012 Salı

Sənin fikrin

"oazismedyagroup" da yeni layihə.Bundan sonra  oazismedyagroup medya agentliyi userlərimizin daha sıx-sıx görüşməsi və bir-biriləri arasında fikir mübadiləsi aparması üçün yeni "SƏNİN FİKRİN" layihəsinə start verir. Cavablarınız admin və moderatorlarımız tərəfindən nəzarətdədir. Fikirləriniz bizim üçün çox qiymətlidir...
 Beləliklə ilk sualımız belədir.

Muasir dövrümüzdə nələri haram hesab edirsiniz?

10 Eylül 2012 Pazartesi

Moda dünyası

Moda dünyası 

Moda dünyasında olan yeniliklərlə bizi medya agentliyin moderatoru Nurlana Beybudova məlumatlandıracaq.

 

PAYIZ MÖVSÜMÜ KİŞİ VƏ QADIN PENCƏKLƏRİ.

PAYIZ SEZONUNU HERRY İLƏ  AÇIRIQ.

Herry adını eşitməmiş ola bilərsiniz. Bəzən Harry ilə qarıştıranlarda olur. Dəri pencək sahəsində iddialı dizaynları ilə müştərilərinin rəğbətini qazanan herry, gözəl bir kreasyon hazırladı. Bizdə vaxt itirmədən sizlərə herry dəri pencəklərini göstərmək istəyirik. Buyurun izləyin...













 

Malta

 
  Malta - Avropada ada-dövlət. Aralıq dənizində yerləşir. 3 adadan ibarətdir- Malta, Qozo, Komino. 2004-cü ildən Avropa Birliyinin üzvüdür.


      Maltanın əhalisi 400.000 nəfərdir. Əhalinin 95.7%-ini adanın yerli əhalisi, yəni maltalılar təşkil edir. Ölkənin 2 rəsmi dili var - Malta dili və ingilis dili. Əhalinin 97%-i Malta dilində, 76%-i ingilis dilində sərbəst danışa bilir. Gündəlik ünsiyyət dili Malta dilidir. Əhalinin 86%-i onu ana dili hesab edir. 12%-i isə ingilis dilindən istifadə edir. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir. Malta əhalisinin 96%-i Roma Katolik Kilsəsinə bağlıdır. Ölkənin paytaxtı Valetta şəhəridir (əhalisi 8.000 nəfər).


Moda dünyası

Moda dünyasında olan yeniliklərlə bizi medya agentliyin moderatoru Nurlana Beybudova məlumatlandıracaq.

 

9 Eylül 2012 Pazar

Barselona


 
Barselonaİspaniyanın şimal-şərqində yerləşən liman şəhəri. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Barselona adı qədim Yunan dilindən götürülmüşdür: "Βαρκινών", "Barcino", "Barcelo", "Barceno". İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır.
Orta əsrlərdə şəhər "Barchinona", "Barçalona", "Barchelona" və "Barchenona" adları ilə tanınmışdır.

Ümumi məlumat

      Əhalisi 1,57 milyon (2005) nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası bizim eradan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək, şəhərə Barsina (Barsilo) adını veriblər. 713-cü ildə ərəblər, ardınca 801-ci ildə franklar bu şəhərə sahib çıxıblar. 877-ci ildə isə şəhər Barselona qraflığının paytaxtına çevrilib. 1479-cu ildə isə Barselona şəhəri Birləşmiş İspaniya Krallığının tərkibinə daxil olub.
XIII-XV əsrlərdə Barselona Aralıq dənizində mühüm ticarət-kommersiya rolunu oynayıb. 1932-ci ildən isə Kataloniya Muxtar Vilayətinin paytaxtıdır.

Tarixi

      Ölkədə vətəndaş müharibəsi gedən zaman (iyul,1936-mart,1939) Barselona İspaniyanın müvəqqəti paytaxtı sayılırdı. Kosmopolit şəhər olan Barselona bir çox dövrlərin və xalqların mədəniyyət nümunələrini özündə qoruyub-saxlaya bilib.

 

Nəqliyyatı

       Şəhər Aralıq dənizində ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq təyyarə limanına malik olan Barselona ildə 20 milyon ton yük dövriyyəsinə malikdir.

İqtisadiyyatı

    Ölkənin vacib iqtisadi və mədəni mərkəzidir. Burada sənayenin maşınqayırma, gəmiqayırma, elektrotexnika, radioelektronika, toxuculuq, kimya, poliqrafiya, dəri məmulatları və ərzaq məhsulları hazırlayan müəssisələr işləyir.

8 Eylül 2012 Cumartesi

Şüuraltı Razılıq


    Dünyanı kimlər idarə edir?
    Ən çox nefti olanlar mı? Xeyr, çünki o zaman Səudilərin hər kəsi idarə etməsi lazım idi.
    Ən çox insana sahib olanlar mı? Xeyr, çünki o zamanda müdirin Çinlilər olması lazım idi.
    Gerçəkdə dünyanı medyaya nəzarət edən idarə edir.
    Yaxşı amma bu anda ABŞ niyə bu qədər güclü? Çünki ABŞ ünsiyyəti və medyanı idarə edir və buna görə bu anda ən böyük müdir odur.
    (Məs: Sam əmi hər nə qədər bu anda ən güclü olsa da geriləmə dövrü İraqla başladı və məncə tarixin ən tez yıxılan imperatorluğu olmağa namizəddi.)
    ABŞ ünsiyyət gücünü istifadə edərək bizi pis keyfiyyətli mallarını istehlak etməyə razı edir və istədiyi mövzuları bizə istədiyi kimi təlqin edir, istiqamətləndirir, dəyərlərimizi, mövzulara baxış bucağımızı dəyişdirir.
    Hətta xarici güclər bir milləti (silahlı və ya silahsız) təslim almadakı ən böyük maneə və ən qorxduqları şey olan milliyyətçiliyin məhvinə cəhd edirlər.
    (Qeyd: Gelibolu sənədli filmini CD-dən izlədim, əlaqədar mövzu ilə yazılan şərhlərlə tamamilə razıyam. Açıqca milliyyətçiliyi kiçik görən və şüuraltına bu şəkildə mesajlar göndərən bir sənədli film idi.)
    Başdan çıxarmaq və aldatmaq peşələri indiki dövrdə dünyanın ən yaxşı pul qazandıran işləridir. Bu peşənin mütəxəssisləri yalanları yalanların içinə gizlədirlər, beləcə birindən xilas oldum deyə sevinərkən daha böyüyünə və hədəflənən yalana tutuluruq.
    XXI əsrdə insanları idarə edənlər və istiqamətləndirənlər heç şübhə yox pul - birja - iqtisadiyyat üçlüyü və beynəlxalq bankirlərin idarəsindəki mediyadır ..
    Insanlarımızı bu tip təbliğat və aldatma texnikalarına qarşı mütləq məlumatlandırmaq lazımdır. Bu mövzuda hamımıza açıqlayıcı və xəbərdarlıqçı kurslar verilsə inanın dünyada çox şeylər dəyişərdi!!!
    Bu cür texnikaların necə işlədiyini anlamaq və bunlara qarşı özünü qorumaq o qədər çətin deyil yalnız sistemin necə işlədiyini əsas olaraq qavramanız kifayədir. Məsələn sadə bir nümunə verim. Deyək ki ailənizlə kinoya getdiniz və çox məşhur, hər kəsin başına "get" deyə qaxılan bir film seyr edirsiniz.
    Bu cür "populyarlaştırılan" filmlər ümumiyyətlə siyasi və istehlaka istiqamətli şüuraltı razı texnikaları daşıyıcılarıdır. Əgər siz və ailəniz bilinçlidirsə bunlardan təsirlənmədən filmi izlərsiniz, yox əgər şüurlu deyilsinizsə həm beyniniz yuyular, üstünədə pul ödəyərsiniz.
    Məsələn Matrix, Harry Potter, Star Wars, vs. bu kimi filmlərdir. Diqqətli baxsanız hamısının içində siyasi və dini istiqamətləndirmə məqsədi güdən mesajaları tapa bilərsiniz.
    Siz film seyr etdiyinizi sanarkən şüurunuza satmaq istədikləri məhsulların bir zehni siqnalı köçürülür və məsələn cib telefonu almaq istədiyiniz zaman nədənsə telefon markalarından birinə böyük bir simpatiya duyursunuz.
    Eyni texnikaları siyasətdə də istifadə edirlər. Bu texnikalardan biridə "sequence programming" deyilən üsuldur. Buna görə deyək bir partiya liderinin televiziyada çıxışını izləyirsiniz və fərdi olaraq sevmədiyiniz halda nədənsə bu nitq əsnasında liderə bir yaxınlıq duymağa başlayırsınız.
    Bunun səbəbi sizin gözünüzün qəbul edə bilməyəcəyi amma beyninizin süngər kimi əməcəyi imiclərin bu danışma görünüşü içinə mikro saniyəlik "sequence" lərlə yayılmasıdır. Siz liderin görünüşünə baxarkən beyniniz və şüuraltınız verilən bu imicləri alır.
    Məsələn, deyək ki Türkiyədə bir anket edildi və xalqın% 90'nının Mustafa Kamal Atatürkə sevgi bəslədiyi ortaya çıxarıldı. (10%-lik xain kontingenti düşülmüştür!!)
    Xalqa sevdirilmek istənilən liderin televiziyadakı danışmasının görünüş aralarına mikro saniyələrlə ölçüləcək zaman aralıqlarında Atatürkün şəkilini verirlər. Bu şəkildə sizin beyniniz o siyasətçini Atatürk ilə əlaqələndirir və birdə görürsünüz ki, əvvəldən sevmədiyiniz bir adamı sevməyə başlamısınız.
    Söhbətlərdə tez-tez eşitdiyiniz "Bu adamı əvvəldən heç sevməzdim amma pis adam deyilmiş" sözlərinin səbəbi budur.
    Təbii tam tərs imiclər istifadə edərək çox yaxşı bir insanın cəmiyyətə canavar olaraq göstərilməsi də mümkündür.
    Yaxın gələcəkdə dünyada olması gözlənilən (iqtisadi, hərbi, dini) hadisələr nəzərə alınsa hər zamankından daha oyanıq olmamız və kimin kim olduğunu yaxşı analiz etməyimiz lazım gəlir.

5 Eylül 2012 Çarşamba

NAXÇIVAN ŞƏHƏRİ

HEYDƏR ƏLİYEV MUZEYİ

Tarixi

Adın Etimologiyası

       Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər. Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. 
Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yunan. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də erməni dilinə hərfi - qramatik tərcümədə "Naxidjevan" (erm. Նախիջևան) kimi səslənir və "dayanacaq" anlamını verir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.
Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yunan. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.
C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.

Antik dövr

Naxçıvan Antik dövrdə
 (1/7) 

Manna dövlətinin tərkibində
     Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna, İşquzMidiya dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663 – cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi. E.ə. VI əsrin ortalarından (e.ə. 550 – ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30 – cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.
Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya - Atropatena dövlətinin tərkibində olmuşdur. Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes II Tiqran tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur.
Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerlşən tarixi vilayət), daha sonra isə SisakanSünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309379) Qafqaz yürüşü zamanı (364367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı. Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş, Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.

Orta əsrlər

      Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.
VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir. Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur. 625 – ci ildə Bizans imperatoru İraklinin (619641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.
654 cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656 – cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi.Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.
IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əlehinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.
IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30 – cu illərinədək onun hakimiyyətində qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.
X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur. Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.
Səlcuq sultanı Alp Arslan (10631072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.
Naxçıvan şəhəri XII əsrin 30 – cu illərindən 70 – ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.
1221 – ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225 – ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30 – cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257 – ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.
XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, ƏncanMaku bu tüməndə yerləşirdi.
1386 – cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır. 1387 – ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir. Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (13871401) inadlı müqavimət göstərmişdir.
Naxçıvan şəhəri 1412 – ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468 – ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi. 1501 – ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.
XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən - ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603 – cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu. 1605 – ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.

Yeni dövr

     Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.
1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandanŞərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi. Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.
1841 – ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870 – ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu.
1917 – ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918 – ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.

Müasir dövr

      1918 – ci il 26 – 28 may tarixlərində Gürcüstan, AzərbaycanErmənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.
1918 – ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Lakin 1919 – cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan NaxçıvanŞərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919 – cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.
1920 – ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – in yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920 – ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR höküməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin 1921 – ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR - ə birləşməyə səs verdi. Naxçıvan yeni yaradılan yeni yaradılan Naxçıvan SSR – in , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən MoskvaQars müqavilələri imzalandıqdan (1921) sonra, 1924 – cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.

Mədəniyyət

HÜSEYN CAVİD MƏQBƏRƏSİ

QADIN MƏRKƏZİ

MÖMÜNƏ XATUN TÜRBƏSİ

Memarlıq

      Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.
Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Mömünə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.
Şəhərdə 3 – 4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, çoxlu məscid, dini ziyarətgahlar, zəngin tərtibatlı hamamlar və sair ictimai binalar olmuşdur ki, onların da bir qismi dövrümüzə çatmışdır. Naxçıvanın xatirə abidələrindən İmamzadə türbəsi, Yusif Küseyir oğlu türbəsi (1162), buzxana (XIV əsr) dövrümüzədək qalmışdır. Səfəvi–Osmanlı müharibələri dövründə dəfələrlə dağıdılmasına baxmayaraq, Naxçıvan XVIII əsrədək qiymətli memarlıq abidələri ilə zəngin idi. Türk tarixçi – səyyahı Övliya Çələbinin məlimatına görə, XVII əsrdə Naxçıvanda 10200 “örtülü böyük ev”, 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur.
Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Mömünə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi binalar bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Naxçıvan şəhəri baş plana əsasən genişləndirilmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır.

Muzey və Qalereyalar

       Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir.
Şəhərdə yerləşən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, C. Məmmədquluzadənin ev muzeyi, C. Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, H. Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında Muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.
Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Mömünə Xatun türbəsidir. Türbə Azərbaycan Atabəyləri dövlətinin hökmdarı, Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Digəri isə eyni memar tərəfindən 1162 - ci ildə inşası tamamlanmış Yusif Küseyir oğlu türbəsidir. Üçüncü abidə isə Hüseyn Cavidin məzarı üstündə ucaldılmış Hüseyn Cavid türbəsidir.

Mətbəx

Naxçıvan mətbəxi, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir.

İqlim

Köppen iqlim klassifikasiyasına görə, Naxçıvan şəhəri kontinental, yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir.
Naxçıvanın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Mütləq maksimum, °C C = 0,8 C = 4,0 C = 12,3 C = 20,1 C = 24,7 C = 29,5 C = 34,7 C = 33,7 C = 30,1 C = 21,9 C = 12,6 C = 5,1
Orta temperatur, °C C = -4,0 C = -0,5 C = 5,4 C = 12,4 C = 17,5 C = 22,4 C = 26,9 C = 26,2 C = 21,9 C = 14,1 C = 6,5 C = 0,9
Mütləq minimum, °C C = -6,8 C = -4,3 C = 1,0 C = 7,4 C = 11,5 C = 15,9 C = 20,0 C = 18,7 C = 14,7 C = 8,2 C = 2,3 C = -2,5
Yağıntı norması, mm mm = 19 mm = 18 mm = 29 mm = 38 mm = 36 mm = 30 mm = 17 mm = 8 mm = 11 mm = 26 mm = 20 mm = 15
Mənbə: Hong Kong Observatoriyası

İnzibati idarəetmə

Respublika tabeli şəhər olan Naxçıvanda iki bələdiyyə fəaliyyət göstərir.
# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Naxçıvan şəhər bələdiyyəsi 66915
2 Əliabad qəsəbə bələdiyyəsi 2468
3 Cəmi 69383

Nəqliyyat

      Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın GəncəBakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin Avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-OrdubadNaxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır.

Elm və təhsil


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ




    Orta əsrlərdə şərqin mühüm şəhərlərində olduğu kimi Naxçıvanda da məktəb və mədrəsələr mövcud idi. XIX əsrin I yarısında Naxçıvanda mədrəsə ilə yanaşı, ibtidau rus məktəbləri də açıldı.  15 mart, 1837 – ci ildə Naxçıvanda ilk qəza məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və sair fənnlər tədris olunurdu. M. T. Sidqi Naxçıvanda “Tərbiyyə” (“Məktəbi-tərbiyyə”) məktəbini təsis etmişdi. Məktəbdə dövrün qabaqcıl ziyalıları dərs deyirdi.
Naxçıvan, MR – in paytaxtı kimi Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Ümumtəhsil məktəbləri, uşaq bağçaları, məktəbdənkənar uşaq tərbiyyə müəsissələri, musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Şəhərdə şahmat məktəbi, “Dinamo” cəmiyyətinin idman kompleksi və stadionu, Olimpiya idman kompleksi fəaliyyət göstərir. Ümumilikdə Naxçıvanda 14 daimi məktəbəqədər müəsissə, 15 ümumtəhsil məktəbi, 3 ali məktəb, 4 orta ixtisas məktəbi, eyni zamanda, C. Naxçıvanski adına Hərbi litseyin filialı, İncəsənət Kolleci var.
       Şəhərdə, AMEA – nın elmi mərkəzi, Respublika Dövlət Elm və Texnika Komitəsinin Naxçıvan elm və texnika mərkəzi, klub və kitabxanalar, 3 teatr (C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla teatrı və H. Cavid poeziya teatrı), Filarmoniya fəaliyyət göstərir.
Naxçıvan MR Ali Məclisinin və Nazirlər kabinetinin orqanı “Şərq Qapısı” (1921 – ci ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı “Nuh Yurdu” (1996 – cı ildən) qəzetləri nəşr edilir, Naxçıvan Şəhər Poliqrafiya Müəsissəsi (1997 – ci ildən “Əcəmi” Nəşriyyat – Poliqrafiya Birliyi) var. Naxçıvanda radio verilişləri 1926 – cı ildən, yerli radio verilişləri isə 1930 – cu ildən başlamışdır, 1963 – cü ildən televiziya mərkəzi işə salınmışdır.