10 Eylül 2012 Pazartesi


Malta

 
  Malta - Avropada ada-dövlət. Aralıq dənizində yerləşir. 3 adadan ibarətdir- Malta, Qozo, Komino. 2004-cü ildən Avropa Birliyinin üzvüdür.


      Maltanın əhalisi 400.000 nəfərdir. Əhalinin 95.7%-ini adanın yerli əhalisi, yəni maltalılar təşkil edir. Ölkənin 2 rəsmi dili var - Malta dili və ingilis dili. Əhalinin 97%-i Malta dilində, 76%-i ingilis dilində sərbəst danışa bilir. Gündəlik ünsiyyət dili Malta dilidir. Əhalinin 86%-i onu ana dili hesab edir. 12%-i isə ingilis dilindən istifadə edir. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir. Malta əhalisinin 96%-i Roma Katolik Kilsəsinə bağlıdır. Ölkənin paytaxtı Valetta şəhəridir (əhalisi 8.000 nəfər).


Hiç yorum yok: