9 Eylül 2012 Pazar

Barselona


 
Barselonaİspaniyanın şimal-şərqində yerləşən liman şəhəri. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Barselona adı qədim Yunan dilindən götürülmüşdür: "Βαρκινών", "Barcino", "Barcelo", "Barceno". İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır.
Orta əsrlərdə şəhər "Barchinona", "Barçalona", "Barchelona" və "Barchenona" adları ilə tanınmışdır.

Ümumi məlumat

      Əhalisi 1,57 milyon (2005) nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası bizim eradan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək, şəhərə Barsina (Barsilo) adını veriblər. 713-cü ildə ərəblər, ardınca 801-ci ildə franklar bu şəhərə sahib çıxıblar. 877-ci ildə isə şəhər Barselona qraflığının paytaxtına çevrilib. 1479-cu ildə isə Barselona şəhəri Birləşmiş İspaniya Krallığının tərkibinə daxil olub.
XIII-XV əsrlərdə Barselona Aralıq dənizində mühüm ticarət-kommersiya rolunu oynayıb. 1932-ci ildən isə Kataloniya Muxtar Vilayətinin paytaxtıdır.

Tarixi

      Ölkədə vətəndaş müharibəsi gedən zaman (iyul,1936-mart,1939) Barselona İspaniyanın müvəqqəti paytaxtı sayılırdı. Kosmopolit şəhər olan Barselona bir çox dövrlərin və xalqların mədəniyyət nümunələrini özündə qoruyub-saxlaya bilib.

 

Nəqliyyatı

       Şəhər Aralıq dənizində ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq təyyarə limanına malik olan Barselona ildə 20 milyon ton yük dövriyyəsinə malikdir.

İqtisadiyyatı

    Ölkənin vacib iqtisadi və mədəni mərkəzidir. Burada sənayenin maşınqayırma, gəmiqayırma, elektrotexnika, radioelektronika, toxuculuq, kimya, poliqrafiya, dəri məmulatları və ərzaq məhsulları hazırlayan müəssisələr işləyir.

Hiç yorum yok: