18 Temmuz 2012 Çarşamba

   Dünyama xoş gəlmisən qızım. Daha da gözəlləşdi sənlə həyat.
   Qorxular Necə Başlayır?

     QOXULAR. Bilinməyən şeylər qorxuducudur. Xüsusilə ailədə ayrı qalmaq kiçik yaşlarda uşaqda qorxu yaradır. Ana atalar bilməyərək uşaqlarında qorxular meydana gətirərlər. Ana uşağının dəcəllik etməsini maneə törətmək üçün "dəcəllik etsən buraxar gedərəm", "səni dilənçiyə verərəm" şəklində qorxutmağa çalışır. Uşaqlar üçün ən dözülməz qorxu ana atadan ayrı qalmaqdır. 4 ilə 6 yaş arasında qorxular daha çoxdur. Uşaqlar ana atalarının və ya böyüklərinin dinc dayansınlar deyə uydurduqları şeylərin gerçək olduğuna inanarlar. Böyüklər qorxunu bir intizam vasitəsi olaraq istifadə edirlər. Ana atalar və ya böyüklər dəcəllik edən, yatmayan uşağı "xortdan gəlir" deyə qorxudarlar. Ancaq bu asan bir yoldur. Çünki bunu eşidən uşağın dərhal səsi kəsilir. Hətta qorxutmağı döyməkdən daha çox sanksiya gücü vardır. Xüsusilə həkimlə qorxudulan uşaqlar xəstələndiklərində ana-ata çox çətinlik çəkir. Yeməyini yeməyən uşağa "indi dərman verərəm" şəklində edilən qorxutma isə dərman qəbul etməsi lazım aşılmaz problemlər yaradır. Məsələn, iynə və yaxud həkimlə qorxudulan uşaqlar peyvənd olduqlarında çox qorxur, reaksiya göstərirlər. Bir başqa problem yaradan qorxu da sünnət qorxusudur. Ən kiçik şeydən qorxan, çaxnaşmaya qapılan, özünə etibarını itirən ana ataların uşaqları da onlara bənzərlər. Ana bəzən uşaqların arxasında "aman düşəcək", "xəstələnəcək", şəklində düşüncələrlə uşağı məhdudlaşdırır, əngəlləyir, həddindən artıq qoruyucu, gözləyici vəziyyətə girir. Uşağı ətraf mühitin, insanların təhlükəli olduğuna inandırır. Uşaq çox qorunduğu üçün bacarıqsız və ürkək hala gəlir. Bəzən də qorxutma Allahı işin içinə qarışdıraraq olar:" Allah səni cəzalandıracaq "kimi sözlər, uşaq Allahı başında necə canlandıracağını bilmədiyi üçün, onda daha çox qorxunu inkişaf etdirir. Bir də vəziyyətə bağlı olan qorxular var. Məsələn evə oğru girməsi, uşağın qəza keçirməsi kimi vəziyyətlər, uşaqda qorxu vəziyyətləri ortaya çıxarar. Belə vəziyyətlərdə uşağın qorxusu dinlənilməli, ciddiyə alınmalıdır. Ananın həddindən artıq qoruyucu və gözləyici mövqeyindən imtina etməsi üçün bir uşaq psikoloqunamüraciət etməsi lazımdır.
     GECƏ QORXULARI. 4-6 yaşları arasında uşaqlar qorxulu yuxular görərlər. Bu kimi vəziyyətlərdə uşaq ana atanın otağına gəlir və onlarla yatmaq istəyir. Bu vəziyyətdə uşağı danlamaq, hirslənmək təhlükəlidir. Uşağı götürüb otağına aparmaq və yatana qədər birlikdə qalmaq onu sakitləşdirməyə çalışmaq gördüklərinin gerçək olmadığını izah etmək uyğun olacaq. Uşaq ana atanın cinsi əlaqəsinə şahid olmuş isə, bunu öz beynində anasının hücuma uğraması şəklində şərh edir. Bu hadisədən ötəri ya anasını qorumaq üçün ya da bu hadisənin yenidən olmaması üçün anasıyla yatmaq istəyir. Yuxuya getmək istəməz ya da ana atanın böyük mübahisələrinə şahid olmuş uşaqda "əgər yatsa yenə döyüş edərlər, mən bunun qarşısını almalıyam " şəklində bir düşüncə inkişaf edir. Belə vəziyyətlərdə uşağa hirslənməmək yuxuya gedənə qədər yanında yatmaq, sakit və mehriban davranmaq uyğundur. 
    MƏKTƏB QORXUSU. Bu problem, uşaq ibtidai məktəbə başladığında ortaya çıxa biləcəyi kimi məktəbin hər hansı bir dövründə də görülə bilər. Hətta baxçaya başlayan uşaqlarda da görülür. Uşaq anaya sanki yapışar, onu heç cür buraxmaq istəməz, ağlayar, ananın yanında qalmasını istədiyindən ana günlərlə, sinifdə uşağın yanında oturar. Ya da uşaq birdən birə məktəbə getmək istəməz; Bu zaman uşağı məcbur etmək olmaz.Çünki bu zaman mədəsi bulanar, qusar, məcbur etmələrə müqavimət göstərər. Yoldan və ya məktəbdən dönər gəlir. Əhval-ruhiyyəsi yaxşı olmaz, yuxusu pozular, iştahı kəsilər. Ev tapşırıqları ilə əlaqəsini kəsər. Hər səhər bir əlamət ortaya çıxardar. Məsələn, başı, qarnı ağrıyar və ya bulanması olar, tempraturu yüksələr, hətta qusar. Evdə rahat olar. Ağır hadisələrdə isə uşaq evdə belə narahatdır. Bunun qaynağı ümumiyyətlə anadan ayrılma qorxusudur. Məktəb qorxusu görülən uşaqlar ümumiyyətlə dinc, səssiz, uyğun, anaya həddindən artıq bağımlıdırlar. Belə vəziyyətlərdə döymək və qorxutmaq nəticə verməz. Bu qorxu orta məktəbdə, liseydə də görülə bilər. Ana atalar məktəb qorxusu göstərən uşağı məktəbdən uzaq tutmamalıdırlar. Evdə qalma müddəti uzandıqca məktəbə dönmək çətinləşər. Ana ata qərarlı davranmağa çalışmalıdır. Müəllimə vəziyyət izah edilməli, əməkdaşlıq təmin edilməlidir. Uşaq sinifə girməsə də məktəbə getməli, bağçada dolaşmalıdır. Uşağın qorxusu ciddiyə alınmalıdır. Məktəbə aparılması həllin yarısı deməkdir. Bir neçə gündə düzəlmirsə, gecikmədən bir psixoloqa gedilməlidir.

2 Temmuz 2012 Pazartesi

“Böyük İpək yolu və Naxçıvan” – həm film, həm kitab
Tarix 28 / 06 / 2012 Saat 13:08
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin 214 səhifəlik “Böyük İpək yolu və Naxçıvan” kitabı çapdan çıxıb.

        Publika.Az xəbər verir ki, nəfis tərtibatı ilə seçilən kitab elmi yeniliyindən öncə həm də texniki yenilikləri ilə seçilir. Belə ki, kitaba əlavə olunmuş diskdə müəllifin özü tərəfindən səsləndirilən “Böyük İpək yolu və Naxçıvan” adlı film də yer alıb ki, bu da oxucuların bəhs olunan mövzu haqqında təsəvvürlərini daha da əyaniləşdirmək, eyni zamanda kitabda əks olunan elmi məlumatları daha rahat və qısa zamanda dinləmək üçün şərait yaradır.
       Kitab əlavələr hissəsində yer alan müxtəlif tarixi xəritələr, fotoşəkillər də əyaniləşdirmənin ənənəvi metodlarının saxlanılması baxımından da diqqət çəkir.
       Kitabın elmi məsləhtçisi NDU-nun rektoru, akademik İsa Həbibbəyli, elmi redaktoru isə tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərlidir.
       Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi mədəni iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur.
       Müəllif ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda İpək yolu tarixinin tədqiqi ilə bağlı keçirilən bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Müəllifin mövzuya həsr olunmuş elmi əsərləri ingilis, rus, alman, fars, türk və koreya dillərində çap olunub.

Publika.Az