8 Eylül 2012 Cumartesi

Şüuraltı Razılıq


    Dünyanı kimlər idarə edir?
    Ən çox nefti olanlar mı? Xeyr, çünki o zaman Səudilərin hər kəsi idarə etməsi lazım idi.
    Ən çox insana sahib olanlar mı? Xeyr, çünki o zamanda müdirin Çinlilər olması lazım idi.
    Gerçəkdə dünyanı medyaya nəzarət edən idarə edir.
    Yaxşı amma bu anda ABŞ niyə bu qədər güclü? Çünki ABŞ ünsiyyəti və medyanı idarə edir və buna görə bu anda ən böyük müdir odur.
    (Məs: Sam əmi hər nə qədər bu anda ən güclü olsa da geriləmə dövrü İraqla başladı və məncə tarixin ən tez yıxılan imperatorluğu olmağa namizəddi.)
    ABŞ ünsiyyət gücünü istifadə edərək bizi pis keyfiyyətli mallarını istehlak etməyə razı edir və istədiyi mövzuları bizə istədiyi kimi təlqin edir, istiqamətləndirir, dəyərlərimizi, mövzulara baxış bucağımızı dəyişdirir.
    Hətta xarici güclər bir milləti (silahlı və ya silahsız) təslim almadakı ən böyük maneə və ən qorxduqları şey olan milliyyətçiliyin məhvinə cəhd edirlər.
    (Qeyd: Gelibolu sənədli filmini CD-dən izlədim, əlaqədar mövzu ilə yazılan şərhlərlə tamamilə razıyam. Açıqca milliyyətçiliyi kiçik görən və şüuraltına bu şəkildə mesajlar göndərən bir sənədli film idi.)
    Başdan çıxarmaq və aldatmaq peşələri indiki dövrdə dünyanın ən yaxşı pul qazandıran işləridir. Bu peşənin mütəxəssisləri yalanları yalanların içinə gizlədirlər, beləcə birindən xilas oldum deyə sevinərkən daha böyüyünə və hədəflənən yalana tutuluruq.
    XXI əsrdə insanları idarə edənlər və istiqamətləndirənlər heç şübhə yox pul - birja - iqtisadiyyat üçlüyü və beynəlxalq bankirlərin idarəsindəki mediyadır ..
    Insanlarımızı bu tip təbliğat və aldatma texnikalarına qarşı mütləq məlumatlandırmaq lazımdır. Bu mövzuda hamımıza açıqlayıcı və xəbərdarlıqçı kurslar verilsə inanın dünyada çox şeylər dəyişərdi!!!
    Bu cür texnikaların necə işlədiyini anlamaq və bunlara qarşı özünü qorumaq o qədər çətin deyil yalnız sistemin necə işlədiyini əsas olaraq qavramanız kifayədir. Məsələn sadə bir nümunə verim. Deyək ki ailənizlə kinoya getdiniz və çox məşhur, hər kəsin başına "get" deyə qaxılan bir film seyr edirsiniz.
    Bu cür "populyarlaştırılan" filmlər ümumiyyətlə siyasi və istehlaka istiqamətli şüuraltı razı texnikaları daşıyıcılarıdır. Əgər siz və ailəniz bilinçlidirsə bunlardan təsirlənmədən filmi izlərsiniz, yox əgər şüurlu deyilsinizsə həm beyniniz yuyular, üstünədə pul ödəyərsiniz.
    Məsələn Matrix, Harry Potter, Star Wars, vs. bu kimi filmlərdir. Diqqətli baxsanız hamısının içində siyasi və dini istiqamətləndirmə məqsədi güdən mesajaları tapa bilərsiniz.
    Siz film seyr etdiyinizi sanarkən şüurunuza satmaq istədikləri məhsulların bir zehni siqnalı köçürülür və məsələn cib telefonu almaq istədiyiniz zaman nədənsə telefon markalarından birinə böyük bir simpatiya duyursunuz.
    Eyni texnikaları siyasətdə də istifadə edirlər. Bu texnikalardan biridə "sequence programming" deyilən üsuldur. Buna görə deyək bir partiya liderinin televiziyada çıxışını izləyirsiniz və fərdi olaraq sevmədiyiniz halda nədənsə bu nitq əsnasında liderə bir yaxınlıq duymağa başlayırsınız.
    Bunun səbəbi sizin gözünüzün qəbul edə bilməyəcəyi amma beyninizin süngər kimi əməcəyi imiclərin bu danışma görünüşü içinə mikro saniyəlik "sequence" lərlə yayılmasıdır. Siz liderin görünüşünə baxarkən beyniniz və şüuraltınız verilən bu imicləri alır.
    Məsələn, deyək ki Türkiyədə bir anket edildi və xalqın% 90'nının Mustafa Kamal Atatürkə sevgi bəslədiyi ortaya çıxarıldı. (10%-lik xain kontingenti düşülmüştür!!)
    Xalqa sevdirilmek istənilən liderin televiziyadakı danışmasının görünüş aralarına mikro saniyələrlə ölçüləcək zaman aralıqlarında Atatürkün şəkilini verirlər. Bu şəkildə sizin beyniniz o siyasətçini Atatürk ilə əlaqələndirir və birdə görürsünüz ki, əvvəldən sevmədiyiniz bir adamı sevməyə başlamısınız.
    Söhbətlərdə tez-tez eşitdiyiniz "Bu adamı əvvəldən heç sevməzdim amma pis adam deyilmiş" sözlərinin səbəbi budur.
    Təbii tam tərs imiclər istifadə edərək çox yaxşı bir insanın cəmiyyətə canavar olaraq göstərilməsi də mümkündür.
    Yaxın gələcəkdə dünyada olması gözlənilən (iqtisadi, hərbi, dini) hadisələr nəzərə alınsa hər zamankından daha oyanıq olmamız və kimin kim olduğunu yaxşı analiz etməyimiz lazım gəlir.

Hiç yorum yok: