11 Haziran 2013 Salı

Dağ vüqarlı şair...

DAĞ VÜQARLI ŞAİR...




      Sizə birindən danışacam. Elşad Barat. İlk dəfə bu adı duyanda biraz düşündüm. Görəsən Elşad Barat kim idi. Sonralar mənə əziz olan bir müəllimim vasitəsilə onunla tanışdım. Bəli, Elbrus İsayev mənə onunla ünsiyyət yarat dedi. Niyə deyə soruşduğumda, çünki o da daima yenilikci fikirlərlə çıxış edən biridir dedi. Mən çox keçmədən onunla tanış oldum. Sonradan mən bu insanla yaxın dost oldum. Magistratrura mərhələsinin ikinci kursunda oxuduğum zaman Elşad birinci kursda idi. Gün keçdikcə onu daha da yaxşı tanımağa başladım. Daim bir şeylər fikirləşir, bir işlər görməyə çalışırdı. Müəyyən movzularda daha yeni olmağına baxmayaraq, hər kəsdən iti idi. Hər hansı bir ixtisasla deyil bir çox sahə ilə maraqlanırdı.(Mənim kimi) Universitetdə oxuyarkən Fizika fənninin dərinliklərinə yiyələnən bu gənc, şeir yazır, meyxana qoşur, qəzetlərlə əlaqə saxlayır, televiziyada çalışır və Psixologiya və Konsultasiya Mərkəzinin yaradılması üçün əlindən gələni edirdi. Çox keçmədən Bakıya getməli oldu. Hər gün ondan xoş bir xəbər alıram. Yeni ailə başçısı olan Elşad, yaradıcılığından geri qalmır. Belə ki, Bakıda olduğu müddətdə o bir çox tanınmış insanla görüşmüş, müsahibə almış və onlarla yaxın dost olmuşdur. Bu zaman çərçivəsində Elşad "QIZIL QƏLƏM" mükafatına layiq görüldü. Elşad dost canlı bir insan, əvəz edilməz bir şair və mənim yaxın dostumdur. Ona gələcək həyatında uğurlar arzu edirəm. 
Yolun işıqlı olsun DOST...





Hiç yorum yok: