13 Kasım 2012 Salı

Zaman yoxsa biz...




İnsanların insanlara insanlığı dəyişdi,
Hər bir beyin nəticədə eyni şeyi düşünürsə
Söylə zaman! nə işdi?
Talan edir ürəkləri var qazanmaq arzusu
Yox çox kəsin qəlbində o ilahinin qorxusu
Dilin gözə,əlin dizə,
Yox inamı bu zamanda bizin bizə
Tək günahkar indi sənsən, sən ey zaman
Mən oxuyum günahını bil  ey zaman.
Sənmi etdin pambıq kimi doğularaq
Daşa dönən qəlbləri?
Sənmi etdin məsum yaşla doğulsada
Qan daşıyan gözləri?
Min yalana yoldaş olur dilimiz,
Daha hansı xəyanəti etmədiki əlimiz?
Bir zamanlar ürkəkliklə addımlayan ayaqlar
İndi min bir pis əmələ yeriyir.
Heç bir əzan xidmət etmir artıq indi özünə,
Acizlikdən ip keçidir insan özü-özünə
İndi sual: Zaman yoxsa insan özü
dəyişdirir özünü?
İnsanoğlu gəl bir dəfə səndə söylə
Həqiqəti,düzünü
Tək günahkar sən özünsən
Seçimində tək olan sən!
Tək doğulub tək ölən sən!


Hiç yorum yok: